...

"Azərişıq": Mingəçevirdə “Azərbaycan İES”in ərazisində baş vermiş yeni yanğın paylayıcı şəbəkələrə təsir etməyib (ÖZƏL)

Cəmiyyət Materials 5 İyul 2018 13:28 (UTC +04:00)
Bu gün səhər saatlarında Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib.
"Azərişıq": Mingəçevirdə “Azərbaycan İES”in ərazisində baş vermiş yeni yanğın paylayıcı şəbəkələrə təsir etməyib (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün səhər saatlarında Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib.

Bunu özəl olaraq Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə “Azərbaycan İES”in ərazisində yanğın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti