...

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Cəmiyyət Materials 20 İyul 2018 11:12 (UTC +04:00)
Bakıda qadın sürücü yol qəzası törədib.
Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda qadın sürücü yol qəzası törədib.

Trend-in məlumatına görə, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib.

İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.

Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti