...

Azərbaycan Qazaxıstanda “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2018 19:09 (UTC +04:00)
Qazaxıstanın Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.
Azərbaycan Qazaxıstanda “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumtaına görə, “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlimdə Azərbaycan FHN-nin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi iştirak edir.

Beynəlxalq təlim sabah Mangistau vilayətinin sahil hissəsində və Xəzər dənizi akvatoriyasında davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti