...

Baş hidroloq: Çayların sululuğunda azalma müşahidə olunur

Cəmiyyət Materials 31 Avqust 2018 14:46 (UTC +04:00)
Çayların sululuğunda azalma müşahidə olunur.
Baş hidroloq: Çayların sululuğunda azalma müşahidə olunur

Trend-i buradan izləyin

Bakı. Samir Əli -Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxili çaylarda və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı araşdırmalar aparıb.

Trend-in məlumatına görə, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, 103 hidroloji məntəqədə müşahidələr aparılır:

"Monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə respublikanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur. Analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövrdə də sululuqda azalma müəyyən olunub".

Onun sözlərinə görə, eyni zamanda Kür çayının yuxarı hissəsində və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılıb:

"Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı, həm də aşağı hissəsində suyun səviyyəsində azalma baş verməkdədir. Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır".

Mütəxəssis bildirib ki, hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır:

"Hazırda respublikanın dağ çaylarında sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti