Bakı. Trend:
Muzey Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimat mərasimi keçirilib.
Təqdimatda çıxış edən layihənin rəhbəri, mədəniyyət naziri Əbülfəs Qarayev portalın yaradılmasının əhəmiyyəti və məqsədi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, layihə həm cəmiyyətimiz, həm də tariximiz üçün əhəmiyyət kəsb edir. Layihə ayrılıqda götürülmüş hansısa fayl, nominasiya şəklində deyil, dövlətimizin strateji xətti kimi qəbul edilməlidir.