Bakı. Elçin Mehdiyev - Trend:
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 90523, yaxud hər gün orta hesabla 373 yeni doğulmuş körpə qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib.
Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.