Bakı. İlhamə İsabalayeva - Trend:
"Azərbaycan həmişə qonaqpərvər və tolerant olub. Buna baxmayaraq, cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlifdir. Buna görə də bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq".
Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir:
"Bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması, turistlərin ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. DTA tərəfindən də bu istiqamətdə addımlar atılacaq".