...

Bakının Baş Planı ilə bağlı işlər nə yerdədir? - Komitə sədri müavininin CAVABI

Cəmiyyət Materials 1 Noyabr 2018 15:33 (UTC +04:00)
Bakı şəhərinin Baş Planının hazırlanmasının ikinci mərhələsi işə salınır.
Bakının Baş Planı ilə bağlı işlər nə yerdədir? - Komitə sədri müavininin CAVABI

Bakı. Mətanət Nəsibova - Trend:

Bakı şəhərinin Baş Planının hazırlanmasının ikinci mərhələsi işə salınır.

Bunu Trend-ə Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Sədr müavini bildirib ki, Baş Planın inkişaf konsepsiyasını nəzərdə tutan birinci mərhələ artıq başa çatıb:

“İlkin olaraq Bakı şəhərinin Baş Planının hazırlanması bir neçə mərhələyə bölünüb. İndi Komitə ikinci mərhələ üzrə məsləhətçinin seçilməsini başa çatdırır. Biz bu sahədə böyük təcrübəsi olan beynəlxalq urbanistika təşkilatını seçməyi planlaşdırırıq”.

Komitə rəsmisinin sözlərinə görə, bunun üçün açıq tenderin keçirilməsi nəzərdə tutulur.

D.Dövlətxanov əlavə edib ki, Baş Planın hazırlanması ilə bağlı beynəlxalq məsləhətçinin seçilməsi üçün tenderin elanı noyabr ayında veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti