...

"Sovetski"də abadlaşdırma işlərinin başa çatacağı VAXT açıqlanıb

Cəmiyyət Materials 5 Fevral 2019 16:13 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Bakının Sovetski adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək.

Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

D.Dövlətxanovun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir:

"Hazırda "Sovetski" ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün "Sovetski"də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq".

Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi Kubinka adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir:

"Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti