...

Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

Cəmiyyət Materials 6 Noyabr 2018 13:02 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası noyabrın 7-8-də Tovuz rayonunda tibbi aksiya keçirəcək.
Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası noyabrın 7-8-də Tovuz rayonunda tibbi aksiya keçirəcək.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiyanın məqsədi sakinlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Bu ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan, yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Dəmiryolu Səyyar Klinikanın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası bir gün ərzində vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub:

"Mərkəzin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. 2005-ci ildən bu günə kimi Səyyar Klinika paytaxda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiya keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti