...

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2019 17:02 (UTC +04:00)
Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub.
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək (FOTO)

Bakı. Trend:

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan Trend-ə verilən məlumata görə, universitetin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağı salamlayaraq, bu ali təhsil ocağı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən F.Qurbanov, onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb.

F.Qurbanov universitetin 100 illik yubiley tədbirlərinin YUNESKO, İSESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini də diqqətə çatdırıb.

Qəbula görə təşəkkür edən Z.Hernyes Avropa Şurası Bakı ofisinin layihələri, gender bərabərliyi və jurnalistika ilə bağlı çap edilən vəsaitlər haqqında məlumat verib. Səfir "Gender bərabərliyi və media azadlığı" kursu üzrə proqramın əhəmiyyətini qeyd edərək yeni kursun Jurnalistika ixtisası üzrə tədris proqramında istifadə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Təqdim olunan layihə haqqında məlumatlı olduğunu qeyd edən F.Qurbanov Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub və BDU ilə Avropa Şurasının Bakı ofisi tərəfindən "Gender bərabərliyi və media" mövzusunda birgə konfrans və seminarların keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti