...

Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2019 10:14 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.
Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayyəndəsi xanım Simona Haeberli iştirak edib.

Xəzər rayonunda açılmış Qadın Resurs Mərkəzi bu rayondakı qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensiallarının artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai bir platforma rolu oynayacaq.

Tədbirdə “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qalibləri və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeyri-pul şəkilində qrantla təmin ediləcək 14 qadına sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti