Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün yardım göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bunu təşkilatın Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.
H.Harmancı qeyd edib ki, Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanun 2001-ci ildə qəbul edilib. Bu qanuna yenidən baxılması vacibdir:
“Bu gün bəzi ölkələrdə “vərəm damğası” problemi var. Vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkir, vərəm damğasına qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır. Amma yenə də görülməli işlər var”.