...

Nazirlik Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı faktı araşdırıb (VİDEO)

Cəmiyyət Materials 18 Aprel 2019 18:19 (UTC +04:00)
Ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlik Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı faktı araşdırıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonu, M.Hadi küçəsi 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə ETSN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Nazirlik qeyd edir ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahənin bir hissəsinin dəmir torla hasara alındığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub:

"Araşdırma zamanı sözügedən ünvandakı 0,24 hektar yaşıllıq ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həsrət Temirova verildiyi müəyyən edilib. Ərazidəki ağacların köçürülməsi üçün mülkiyyətçi tərəfindən Dövlət Ekspertiza İdarəsinə müraciət edilsə də, ona müsbət rəy verilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti