...

Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi - Yağısa görə

Cəmiyyət Materials 4 May 2019 21:11 (UTC +04:00)
Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib
Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi - Yağısa görə

Bakı. Samir Əli - Trend:

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti