...

ADU-da Böyük Novqorodun 1160-cı ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 22 May 2019 22:21 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) Böyük Novqorodun yaranmasının 1160-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-da Böyük Novqorodun 1160-cı ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Böyük Novqorodun yaranmasının 1160-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir ADU-nun “Rusiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, dosent Sevinc Zeynalova iştirak edib.

Laboratoriyanın müdiri, professor Məmməd Əliyev tədbir haqqında məlumat verib. O, Böyük Novqorodun öz mədəniyyəti, memarlıq abidələri, tarixi ilə Rusiya coğrafiyasında mühüm rol oynadığını deyib. M.Əliyev rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, keçirilən tədbirlər və görüşlərdən danışıb.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin ikinci kurs tələbələri Aslan Müslümzadə, Sona Zeynalova, Nigar Məmmədli, Cəmilə Kazımova Böyük Novqorodun yaranma tarixi, əfsanəvi qəhrəmanları, memarlığı, dahi şəxsiyyətləri və digər məsələlər haqqında danışıblar.

Regionşünaslıq kafedrasının baş müəllimi, laboratoriyanın əməkdaşı Diana Hüseynzadə “Böyük Novqorod-pravoslavlığın vətəni” məruzəsi ilə çıxış edib.

Sonda Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təhsil proqramları üzrə koordinatoru Lyubov Yakunina tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, iştirakçılara Rusiya mədəniyyəti ilə tanışlığa, bu kimi birgə tədbirlərin təşkil olunmasına davam etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti