...

Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb

Cəmiyyət Materials 27 May 2019 21:19 (UTC +04:00)
Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, artım əsasən 22% olmaqla (10.2 min) Gürcüstan, BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn ziyarətçilərin arasında müşahidə olunub.

Yaxın Şərq regionundan isə apreldə ümumilikdə 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.

Cənubi Asiyadan Hindistan, Mərkəzi Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Mərkəzi Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.

Türkiyədən gələn turistlərin sayında 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.

2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, də Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumilikdə 848 min xarici vətəndaş ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti