...

4 rayonda alternativ su mənbəyinin yaradılmasına başlayıb

Cəmiyyət Materials 30 May 2019 15:33 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dünyada baş verən qlobal iqlim dəyişiklikləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da su ehtiyatlarının azalmasına səbəb olub.

Trend-in məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Elkin Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda "Azərsu" tərəfindən bununla bağlı əlavə su mənbələrinin yaradılmasına başlayıb:

"Su problemi yay aylarında özünü daha qabarıq göstərir. Artıq bununla bağlı alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Şamaxı, Şəki, Tovuz və Lerik rayonlarında alternativ su mənbələri yaradılıb. Həmin rayonlarda su qıtlığının aradan qaldırılması üçün suötürücü qurğular inşa edilib, magistral kəmərlər çəkilib. Qurğular vasitəsilə çayların yatağından təmiz su götürülərək şəhərlərə verilir. Bununla bağlı genişmiqyaslı işlər görülür. Gələcəkdə də alternativ su mənbələrinin yaradılması ilə bağlı işlər davam edəcək və əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinə şərait yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti