...

Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxdı

Cəmiyyət Materials 3 İyun 2019 12:08 (UTC +04:00)
Millət vəkili festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən toplanaraq “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinə gətirilmiş bir itə sahiblənib.
Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxdı

Bakı. Trend:

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalı çərçivəsində “Toplan” sahibsiz itlərə qayğı Mərkəzi heyvansevərlər üçün müxtəlif tədbirlər, maarifləndirici viktorinalar, o cümlədən itlərin sərgisini də təşkil etmişdi. Tədbir zamanı “Toplan”da saxlanılan bir çox itə müxtəlif şəxslərin sahiblənmək imkanı da yaradılmışdı.

Trend-in məlumatına görə, festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə də aparıblar. Bunların arasında millət vəkili Qənirə Paşayeva da olub. Millət vəkili festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən toplanaraq “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinə gətirilmiş bir itə sahiblənib.

Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı Mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə etmiş olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti