...

Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Cəmiyyət Materials 14 İyun 2019 14:42 (UTC +04:00)
Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.
Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti