...

Bu gün hava necə olacaq?

Cəmiyyət Materials 29 İyun 2019 09:33 (UTC +04:00)
Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bu gün hava necə olacaq?

Bakı. Trend:

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarından arabir güclənən şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti