...

İndiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib

Gündəm Materials 18 İyul 2019 12:28 (UTC +04:00)
Avropa İttifaqı ilə "Readmisiyya haqqında" saziş 2014-cü ilin sentyabr ayından imzalanıb.
İndiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib

Bakı. İlhamə İsabalayeva -Trend:

Avropa İttifaqı ilə "Readmisiyya haqqında" Saziş 2014-cü ilin sentyabr ayından imzalanıb. Həmin dövrdən indiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisinin sözlərinə görə, bəzən insanlarda elə fikir yaradırlar ki, guya çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir:

"Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. İnsanlar bu proseslər barədə kifayət qədər məlumatlı olmurlar. Bəzi şəxslər xarici ölkəyə gedir və nəticə əldə etmir. Artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərdə çalışırıq ki, məlumatlı olaq və insanlara köməklik göstərək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti