...

Avtobusların toqquşması Bakıda tıxac yaratdı (FOTO)

Hadisə Materials 8 Avqust 2019 09:45 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.
Avtobusların toqquşması Bakıda tıxac yaratdı (FOTO)

Bakı. Elçin Mehdiyev, İlhamə İsabalayeva – Trend:

Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.

Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti