...

Bakıda daha bir QƏZA və yenə TIXAC (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2019 15:51 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda baş verən daha bir yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (“20 yanvar” dairəsi istiqamətində) körpünün üzərində baş verib.

Hazırda hadisənin baş verdiyi ərazidə (hər iki istiqamətdə) sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti