...

Bakıda I sinifə qəbul üçün elektron qeydiyyatdan keçən şagirdlərin SAYI açıqlanıb

Cəmiyyət Materials 10 Sentyabr 2019 12:01 (UTC +04:00)
Bakı məktəblərinin I sinfinə qəbul və məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb.
Bakıda I sinifə qəbul üçün elektron qeydiyyatdan keçən şagirdlərin SAYI açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 10-na (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə Bakı məktəblərinin I sinfinə qəbul və məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 215, məktəbəhazırlıq qruplarına isə 23 048 şagird elektron qeydiyyatdan keçib.

Qeyd olunub ki, birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.

Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.

Həmçinin, elektron sistemin “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.

Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti