...

Çin və Macarıstanda oxumaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Cəmiyyət Materials 16 Dekabr 2019 12:48 (UTC +04:00)
2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.
Çin və Macarıstanda oxumaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Hökümətlərarası Təqaüd Proqramları ( HTP ) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb.

Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti