...

Bərdə rayonunun prokuroru və müavini vəzifəsindən azad edildi

Cəmiyyət Materials 3 Yanvar 2020 15:58 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunun prokuroru və müavini vəzifəsindən kənarlaşdırılıb.

Trend-in məlumatına görə, işlərində yol verdikləri kobud qayda pozuntularına görə, Baş prokurorun əmri ilə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun müavini Babək Paşayev vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində çalışıb. O, Bərdə rayon prokurorluğuna 2015-ci ildə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti