...

Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub

Cəmiyyət Materials 26 Fevral 2020 11:29 (UTC +04:00)
"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur.
Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub

Bakı. Samir Əli - Trend:

"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub.

Bunu Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib deyib.

Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb:

"Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma baş verib. Həmçinin Ağcabədi və Şəki rayonlarında da əsən güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb, 10 kv-lıq xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb. Hazırda Agcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın neticələri aradan qaldırılır".

"Azərişıq" sözçüsü əlavə edib ki, təmsil etdiyi qurum baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti