...

Xaçmazın icra başçısı video-konfrans vasitəsilə koronavirusla mübarizəyə dair müvafiq tapşırıqlar verib (FOTO)

Cəmiyyət Materials 27 Mart 2020 12:09 (UTC +04:00)
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.
Xaçmazın icra başçısı video-konfrans vasitəsilə koronavirusla mübarizəyə dair müvafiq tapşırıqlar verib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev video-konfrans vasitəsilə koronavirus (COVİD-19) ilə mübarizəyə dair müvafiq tapşırıqlar verib

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.

Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İƏD nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Bununla yanaşı İƏD nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, əhalinin sıx toplaşdığı ərazilərdə, parklarda, kənd mərkəzlərində, ictimai-iaşə obyektlərinə ciddi nəzarətin olması, təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmaları müvafiq tapşırıqlar verilib. Parklarda olan oturacaqların götürülməsi, girişlərin məhdudlaşdırılması nəzərə çatdırılıb. Hər hansı bir neqativ hal baş verdiyi halda dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat verilməsi qeyd edilib.

İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə ölkə Prezidentinin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsin məsuliyyətli olmağa və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti