...

YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)

Cəmiyyət Materials 28 Mart 2020 19:08 (UTC +04:00)
Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

Trend-in YAP-a istinadən verdiyi məlumata görə, bir neçə gündür davam edən aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri alırlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti