...

Pandemiyadan sonra distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərilir

Cəmiyyət Materials 21 Aprel 2020 11:24 (UTC +04:00)
Pandemiya bitdikdən sonra da distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərilir Təhsil Nazirliyi: Pandemiya bitdikdən sonra da distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərilir əhsil Nazirliyi koronavirus pandemiyası bitdikdən sonra da distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərir.
Pandemiyadan sonra distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi koronavirus pandemiyası bitdikdən sonra da distant təhsil sistemin işlək ola bilməsi üçün ali məktəblərə dəstək göstərir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Bir sıra ali məkrəblərdə distant təhsilin mövcud olduğunu deyən V.Xanlarov qeyd edib ki, hər bir təhsil müəssisəsinin texniki imkanları eyni olmadığı üçün pandemiya ilə əlaqədar tədris prosesi dayandırıldıqdan sonra Təhsil Nazirliyi bütün universitetləri, orta ixtisas təhsili müəssisələrini birləşdirəcək bir platformanın “Microsoft teams” tətbiqi üzərindən yaranması təşəbbüsünü irəli sürüb:

“İndiyədək 26 ali təhsil müəssisəsində bu platforma üzərindən qeydiyyat tamamlanıb. Hazırda Təhsil Nazirliyinin İnformasiyalaşdırılması İdarəsi “Microsoft” şirkəti ilə birlikdə həmin ali məktəblərin informasiya texnologiyaları üzrə mütəxəssislərinin təlimlərdən keçməsinə texniki dəstək göstərir. Eyni zamanda, pandemiya bitdikdən sonra da bu sistemin işlək olması üçün onlara dəstək göstərir”.

V.Xanlarov əlavə edib ki, distant təhsilin əhatəliliyini təmin etmək üçün bir necə amilin mövcudluğu nəzərə alınmalıdır:

“Bu, ilk növbədə texniki infrastukturun olmasıdır, yəni hər kəsin kompüteri və interneti olmalıdır. İnfrastruktur baxımından tam hazır olsaq, növbəti məsələ müəllimlərin hazırlığı olmalıdır. Hazırda Təhsil Nazirliyi olaraq, müəllimlərə qısamüddətli onlayn təlimlər keçirik. Artıq bu günə qədər 2000 müəllimə təlim keçilib və bu proses davam edir”.

V.Xanlarov qeyd edib ki, ali, orta ixtisas və peşə təhsili səviyyələri arasında ən çətini peşə təhsili üzrə onlayn tədrisin təşkil edilməsidir. Çünki burada bacarıqlar nümayiş etdirməlidir.

Nazirlik rəsmisi bildirib ki, distant təhsil üçün vacib olan şəxsin informasiya texnologiayaları üzrə və müstəqil öyrənmə bacarığının olmasıdır: “Ümid edirəm ki, qurduğumuz bu sistemlər tələbələrin fərdi, müstəqil öyrənmə bacarıqlarını artıracaq”.

Xatırladaq ki, "Təhsil haqqında" qanuna görə, distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.

Qanuna görə, Azərbaycanda əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilib. Azərbaycanda müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti