Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.
Bu barədə Trend-ə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar.