...

Son aylarda keçirilməyən mövzular üzrə suallar qəbul imtahanına salınmaya bilər

Cəmiyyət Materials 27 Aprel 2020 18:03 (UTC +04:00)
Son aylarda keçirilməyən mövzular üzrə suallar qəbul imtahanına salınmaya bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Orta ümumtəhsil müəssisələrində son aylarda keçirilməyən mövzular üzrə sualların qəbul imtahanına salınmaması məsələsinə müsbət baxıla bilər.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları ötən il apreldə keçirilmişdi:

“Dövlət İmtahan Mərkəzi (DİM) dəfələrlə bildirib ki, aprel-mayda olan mövzuların sualları apreldəki imtahanlara daxil edilmir. Qəbul imtahanları isə normal halda iyunda keçirilir. DİM imtahan proqramlarını əvvəlcədən elan edir. Hazırda onlayn dərslər də keçirilir. Son 2-3 aydakı mövzular üzrə sualların imtahana salınmaması məsələsinə müsbət baxıla bilər. Bu məsələdə bir problem görmürük. Bəzi suallar müəyyən bacarıqları yoxlayır. Bəzi suallar isə mövzulara aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti