...

“İstedadların idarə edilməsi" təlimi nə üçün əhəmiyyətlidir və bu mövzunu bilmək nə üçün vacibdir?

Cəmiyyət Materials 21 May 2020 11:32 (UTC +04:00)
“İstedadların idarə edilməsi"  təlimi nə üçün əhəmiyyətlidir və bu mövzunu bilmək nə üçün vacibdir?

Bakı. Trend:

Müasir şəraitdə iqtisadiyyatın artım sürətinin azalması şirkətləri bazarda qalmaq, bizneslərini inkişaf etdirmək və yeni biznes-modellər qurmaq üçün yeni mübarizə üsulları axtarmağa vadar edir. Hazırda iqtisadiyyatın inkişafında texnoloji proseslərin daha çox yer alması müşahidə olunur. Bu vəziyyətdə təşkilatın insan kapitalından səmərəli istifadə etmədən yüksək nəticələr əldə etmək mümkün deyil.

İşini bacaran, yeni ideyalar irəli sürən, müxtəlif təşəbbüslərlə çıxış edən, daim öyrənən və biliklərini artıran savadlı kadrlara hər yerdə ehtiyac var. Belə kadrların idarə edilməsi iqtisadiyyatın müasir tələblərinə cavab verir. İstedadlı kadrların idarə edilməsi əməkdaşların insan kapitalından daha səmərəli istifadə etməyə imkan verir.

Bu gün uğurla fəaliyyət göstərən şirkət olmaq üçün, bütün insan kapitalından tam istifadə etmək çox önəmlidir. Şirkətdə istedadlı əməkdaşların olması – biznesin rəqabət üstünlüyüdür, belə ki, müasir şəraitdə bazarda liderlik istedadlı personalla təmin edilir.

İstedadların idarə edilməsi (Talent Management) nəyə lazımdır və bunu bilmək nə üçün vacibdir?

Biznes sahəsində istedadlı insan yüksək peşəkarlığa və səlahiyyətlərə malik kadrdır.

İstedadlı kadrların idarə edilməsi – şirkətə hansı insan resurslarının lazım olacağını proqnozlaşdırmaq cəhdidir. Yəni, personalla işləyən menecerlər əvvəlcə şirkətin tələbini proqnozlaşdırmalı, sonra hansı işçiləri cəlb etməyin zəruri olduğunu müəyyənləşdirməlidirlər.
İstedadlar əlavə dəyər və rəqabət üstünlüyü yaradırlar. Onların əmək məhsuldarlığı daha yüksəkdir və onlar bazarda olmayan məhsullar yaradır.

Beləliklə, istedadların idarə edilməsi – şirkətin mürəkkəb biznes məsələlərini həll etməyi bacaran istedadlı əməkdaşlar dəstəsinin yaradılması, inkişafı və istifadə edilməsi üzrə məqsədyönlü fəaliyyətdir. Bu, nə proqram, nə də layihədir. Bu, fasiləsiz olaraq istedadlı əməkdaşların axtarışı və seçilməsi, qiymətləndirilməsi və təyinatı, təşkilatın bütün əməkdaşlarının motivasiyasının yüksəldilməsi rejimində fəaliyyət göstərən sistemdir.

Başqa sözlə, istedadların idarə edilməsi – yüksəkixtisaslı əməkdaşların cəlb edilməsi və onların şirkətdə qalmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti