...

Sabah Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək

Cəmiyyət Materials 9 İyun 2020 19:05 (UTC +04:00)
Sabah Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək

Bakı. Samir Əli - Trend:

İyunun 10-da Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti