...

Yaqut Qarayeva: Aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə edilir

Cəmiyyət Materials 11 İyun 2020 17:59 (UTC +04:00)
Yaqut Qarayeva: Aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Qarşıdakı sərt karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bundan sui-istifadə halları olmamalıdır: “Gündəlik istifadə edilən dərmanların tədarükünün əvvəlcədən edilməsi tövsiyə edilir. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar ünvana çatdırıla bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti