...

Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur

Cəmiyyət Materials 5 Avqust 2020 15:45 (UTC +04:00)
Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

10 modul tipli xəstəxananın hamısının istifadəyə verilməsinə baxmayaraq, onun ancaq 5-i istifadə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, yun-iyul aylarında bəzi günlərdə Bakıdakı COVİD xəstəxanalarında doluluq səviyyəsi 80-85 faizə çatdı, amma regionlarda doluluq səviyyəsi 30 faiz olub. Əlavə çarpayıların ayrılması hesabına biz ehtiyatlarımızın hamısını istifadə etməmişik”.

TƏBİB sədri əlavə edib ki, Abşeron və Hövsan Olimpiya İdman Komplekslərinin nəzdində koronavirus xəstələrinin müalicəsi üçün müvəqqəti olaraq, tibb müəssisələri yaradılıb. Bu tibb müəssisələri əvvəlcədən hazırlanmış layihə çərçivəsində yaradılıb.

Qeyd edək ki, bu gün həmin tibb müəssisələrinin açılışı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti