...

Azərbaycanda 58 nəfəri ilan sancıb

Cəmiyyət Materials 3 Sentyabr 2020 14:25 (UTC +04:00)
Azərbaycanda 58 nəfəri ilan sancıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda aprel ayının 10-dan indiyədək 58 nəfəri ilan sancıb.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ilan sancan şəxslərin 6-sı uşaq olub. İlan sancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri, Hacıqabul, Yevlax, Bərdə, Şamaxı, Şəmkir, Tovuz, Qazax, Kürdəmir, Qəbələ rayonlarından daxil olub.

A.Maqsudov Azərbaycanda ilan zəhəri əleyhinə xüsusi zərdab ehtiyatının kifayət qədər olduğunu da nəzərə çatdırıb.

Şöbə müdiri qeyd edib ki, bu il qaraqurd sancması ilə əlaqədar 2, əqrəb sancması ilə əlaqədar 1 nəfər xəstəxanaya müraciət edib.

O, bu il sancmalar nəticəsində ölüm hallarının baş vermədiyini nəzərə çatdırıb.

A.Maqsudov ilan sancmalarının sayında artımın baş vermədiyini, ötən ilin müvafiq dövründə hətta 65 sancmanın qeydə alındığını da açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti