...

FHN Bakıda aşan kranla bağlı məlumat yaydı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Cəmiyyət Materials 4 Sentyabr 2020 15:18 (UTC +04:00)
FHN Bakıda aşan kranla bağlı məlumat yaydı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

XXX
14:04

Bakıda kran yaşayış binasının üzərinə aşdı, ölən var

Bakıda qaldırıcı kranın aşması nəticəsində 1 nəfər ölüb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəzada kranın kabinəsində olan bir nəfər ölüb.

XXX

14:23

Bakıda qaldırıcı kran aşıb.

Trend-in məlumatına görə, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, kran ərazidə bina tikintisi üçün istifadə olunurmuş.

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, kranda olan bir nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti