...

İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək və geyim veriləcək

Cəmiyyət Materials 4 Sentyabr 2020 16:05 (UTC +04:00)
İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək və geyim veriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.

Trend-in məlumatına görə, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti