...

Antisanitar şəraitdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2020 13:26 (UTC +04:00)
Antisanitar şəraitdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Tərtər rayonu, Xoruzlu kəndində vətəndaş Nəbiyev Aqil Ziyəddin oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçiriblər.

Agentlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə sanitar-gigiyena norma və qaydalarına, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesində texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsi olmadan satışa təqdim edilir.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti