...

Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək

Cəmiyyət Materials 14 Sentyabr 2020 17:06
Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti