"Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib

"Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib

Bakı. Trend:

Nazirlər Kabineti "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun və "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun və "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867; 2016, № 9, maddə 1558) aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" üzrə:

1.1. 1.1-ci bəndin üçüncü abzasında, 6.6-cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında "Mədəniyyət və Turizm Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. "Mədəniyyət və Turizm Nazirliyinin" sözləri "Dövlət Turizm Agentliyinin" sözləri ilə əvəz edilsin;

1.2.2. "kollegiya qərarlarını" sözlərindən sonra ", Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını" sözləri əlavə edilsin;

1.3. 1.5-ci bənddə "fəaliyyətinə dair illik hesabatı" sözləri "Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə" sözləri ilə və "Mədəniyyət və Turizm Nazirliyinə" sözləri "Dövlət Turizm Agentliyinə" sözləri ilə əvəz edilsin;

1.4. 1.6-cı bənddə "təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur" sözləri "müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur" sözləri ilə əvəz edilsin;

1.5. 1.7-ci bənd üzrə:

1.5.1. "aiddir" sözündən sonra "və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir" sözləri əlavə edilsin;

1.5.2. ikinci cümlə ləğv edilsin;

1.5.3. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.";

1.6. 2.1.3-cü yarımbənddə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Qoruqları İdarəetmə

Mərkəzi" sözləri ilə əvəz edilsin;

1.7. 2.1.4-cü yarımbəndin ikinci cümləsinə "qadağan edilməsi üçün" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə" sözləri əlavə edilsin;

1.8. 2.1.5-ci yarımbənd üzrə:

1.8.1. birinci cümləsində "hazırlayır" sözü "Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir" sözləri ilə əvəz edilsin;

1.8.2. ikinci cümləsində "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz olunsun və həmin cümləyə "təsdiq edildikdən sonra" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzinin," sözləri əlavə edilsin;

1.9. 2.1.6-cı yarımbənd üzrə:

1.9.1. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında" sözləri çıxarılsın;

1.9.2. "təmirini planlaşdırır və təşkil edir" sözləri "təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə əvəz edilsin;

1.9.3. "bu işlərin" sözlərindən əvvəl "Qoruqları İdarəetmə Mərkəzi" sözləri əlavə edilsin;

1.10. 2.1.7-ci yarımbəndə "Qoruq" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə" sözləri əlavə olunsun və həmin yarımbənddə "tədbirlər görür" sözləri "Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə əvəz edilsin;

1.11. 2.1.10-cu yarımbənddə "inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir" sözləri "inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir" sözləri ilə əvəz edilsin;

1.12. 2.1.11-ci yarımbəndə "elmi tədqiqatlar" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə" sözləri əlavə edilsin;

1.13. 2.1.12-ci yarımbənd üzrə:

1.13.1."Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm Agentliyi" sözləri ilə və "təşkil edir" sözləri "keçirir" sözü ilə əvəz edilsin;

1.13.2. "təbliğ edir," sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə" sözləri əlavə edilsin;

1.14. 2.1.13-cü yarımbəndin birinci cümləsində "aparılmasını müvafiq qaydada təşkil edir" sözləri "aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə və "Mədəniyyət və Turizm Nazirliyində" sözləri "Dövlət Turizm Agentliyində" sözləri ilə əvəz edilsin;

1.15. 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilsin:

"4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.";

1.16. 5.1.3-cü yarımbəndə "uyğunlaşdırılmasını" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla" sözləri əlavə edilsin;

1.17. 5.1.6-cı yarımbənddə "cəlb etmək" sözləri "cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək" sözləri ilə əvəz edilsin;

1.18. 5.1.7-ci yarımbənddə "keçirilməsində" sözü "keçirilməsinə" sözü ilə, "yaradılmasında" sözü "yaradılmasına" sözü ilə və "iştirak etmək" sözləri "iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək" sözləri ilə əvəz edilsin;

1.19. 5.2-ci bəndin ikinci cümləsinə "Qoruğun təklifi" sözlərindən sonra "və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı"

sözləri əlavə olunsun və həmin cümlədə "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz edilsin;

1.20. 6.1-ci bənd üzrə:

1.20.1. "fəaliyyətinə" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə" sözləri əlavə edilsin;

1.20.2. "mədəniyyət və turizm naziri" sözləri "Dövlət Turizm Agentliyinin sədri" sözləri ilə əvəz edilsin;

1.21. 6.3.6-cı yarımbənd üzrə:

1.21.1."qaydada" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla" sözləri əlavə edilsin;

1.21.2. "Mədəniyyət və Turizm Nazirliyinə" sözləri "Dövlət Turizm Agentliyinə" sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi" üzrə:

2.1. 1.1-ci bəndin üçüncü abzasından, 1.2-ci, 1.5-ci

bəndlərdən, 2.1.3-cü, 2.1.6-cı, 2.1.12-ci, 3.5.1-ci yarımbəndlərdən,

1.4-cü bəndin birinci cümləsindən, 2.1.5-ci və 2.1.13-cü yarımbəndlərin ikinci cümlələrindən "və Turizm" sözləri çıxarılsın;

2.2. 1.6-cı bənddə "təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur" sözləri "müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur" sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi" üzrə:

3.1. 1.1-ci bəndin üçüncü abzasında, 6.6-cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında "Mədəniyyət və Turizm Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz edilsin;

3.2. 1.2-ci bənd üzrə:

3.2.1. "Mədəniyyət və Turizm Nazirliyinin" sözləri "Dövlət Turizm Agentliyinin" sözləri ilə əvəz edilsin;

3.2.2. "kollegiya qərarlarını" sözlərindən sonra ", Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını" sözləri əlavə edilsin;

3.3. 1.5-ci bənddə "fəaliyyətinə dair illik hesabatı" sözləri "Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə" sözləri ilə və "Mədəniyyət və Turizm Nazirliyinə" sözləri "Dövlət Turizm Agentliyinə" sözləri ilə əvəz edilsin;

3.4. 1.6-cı bənddə "təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur" sözləri "müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-

Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur" sözləri ilə əvəz edilsin;

3.5. 1.7-ci bənd üzrə:

3.5.1. "aiddir" sözündən sonra "və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir" sözləri əlavə edilsin;

3.5.2. ikinci cümlə ləğv edilsin;

3.5.3. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.";

3.6. 2.1.3-cü yarımbənddə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Qoruqları İdarəetmə

Mərkəzi" sözləri ilə əvəz edilsin;

3.7. 2.1.4-cü yarımbəndə "qadağan edilməsi üçün" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə" sözləri əlavə edilsin;

3.8. 2.1.5-ci yarımbənd üzrə:

3.8.1. birinci cümləsində "hazırlayır" sözü "Qoruqları İdarəetmə

Mərkəzinə təqdim edir" sözləri ilə əvəz edilsin;

3.8.2. ikinci cümləsində "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz olunsun və həmin cümləyə "təsdiq edildikdən sonra" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzinin," sözləri əlavə edilsin;

3.9. 2.1.6-cı yarımbənd üzrə:

3.9.1. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında" sözləri çıxarılsın;

3.9.2. "təmirini planlaşdırır və təşkil edir" sözləri "təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə əvəz edilsin;

3.9.3. "bu işlərin" sözlərindən əvvəl "Qoruqları İdarəetmə Mərkəzi" sözləri əlavə edilsin;

3.10. 2.1.7-ci yarımbəndə "Qoruq" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə" sözləri əlavə edilsin və həmin yarımbənddə "tədbirlər görür" sözləri "Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə əvəz edilsin;

3.11. 2.1.10-cu yarımbənddə "inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir" sözləri "inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir" sözləri ilə əvəz edilsin;

3.12. 2.1.11-ci yarımbəndə "elmi tədqiqatlar" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə" sözləri əlavə edilsin;

3.13. 2.1.12-ci yarımbənd üzrə:

3.13.1. "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm

Agentliyi" sözləri ilə və "təşkil edir" sözləri "keçirir" sözü ilə əvəz

edilsin;

3.13.2. "təbliğ edir," sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə" sözləri əlavə edilsin;

3.14. 2.1.13-cü yarımbəndin birinci cümləsində "aparılmasını müvafiq qaydada təşkil edir" sözləri "aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir" sözləri ilə və "Mədəniyyət və Turizm Nazirliyində" sözləri "Dövlət Turizm Agentliyində" sözləri ilə əvəz edilsin;

3.15. 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilsin:

"4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.";

3.16. 5.1.3-cü yarımbəndə "uyğunlaşdırılmasını" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla" sözləri əlavə edilsin;

8

3.17. 5.1.6-cı yarımbənddə "cəlb etmək" sözləri "cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək" sözləri ilə əvəz edilsin;

3.18. 5.1.7-ci yarımbənddə "keçirilməsində" sözü "keçirilməsinə" sözü ilə, "yaradılmasında" sözü "yaradılmasına" sözü ilə və "iştirak etmək" sözləri "iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək" sözləri ilə əvəz edilsin;

3.19. 5.2-ci bəndin ikinci cümləsinə "Qoruğun təklifi" sözlərindən sonra "və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı" sözləri əlavə olunsun və həmin cümlədə "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz edilsin;

3.20. 6.1-ci bənd üzrə:

3.20.1."fəaliyyətinə" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə" sözləri əlavə edilsin;

3.20.2. "mədəniyyət və turizm naziri" sözləri "Dövlət Turizm Agentliyinin sədri" sözləri ilə əvəz edilsin;

3.21. 6.3.6-cı yarımbənd üzrə:

3.21.1. "qaydada" sözündən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla" sözləri əlavə edilsin;

3.21.2. "Mədəniyyət və Turizm Nazirliyinə" sözləri "Dövlət Turizm Agentliyinə" sözləri ilə əvəz edilsin.

Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Loading Bars
Xəbər lenti
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib
Meksika mətbuatında erməni təcavüzünün nəticələri, regionda münaqişə sonrası vəziyyət və ölkəmizin iqtisadi uğurları barədə danışılıb
Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
Bütün xəbərlər