...

Vətən Müharibəsinin 19 yaşlı iştirakçısı: Allah bu şərəfli yolu mənə qismət elədi (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2020 16:47 (UTC +04:00)
Vətən Müharibəsinin 19 yaşlı iştirakçısı: Allah bu şərəfli yolu mənə qismət elədi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Döyüşlər başlayan anda mən bir ilin əsgəri idim. Sentyabr ayında Tərtərin Talış kəndindən başlayan döyüş yolumuz Şuşada qələbəmizi qeyd etməklə yekunlaşdı.

Bunu Trend-ə açıqlamasında Vətən Müharibəsinin 2001-ci il təvəllüdlü iştirakçısı Emil Mütəllimov bildirib. Onun sözlərinə görə, döyüşlərin ilk günlərində Talış kəndi azad edildikdən sonra, onlarda ruh yüksəkliyi daha da artıb və ancaq irəli gediblər:

“Bildiyimiz kimi, Azərbaycan ordusu sentyabrın 27-dən uğurlu əks-hücum əməliyyatlarına başladı. Döyüşlərin ilk günündə mən və digər hərbçi yoldaşlarım Təlış kəndi ətrafındakı yüksəkliklərdə olan düşmən qüvvələrini məhv etdik. Sentyabrın 29-na kimi burada şiddətli döyüşlər getdi və oktyabrın 1-dən artıq bu ərazi bizim hərbçilərin nəzarətində idi. Talış kəndini azad etdikdən sonra qarşımıza qoyulan məqəsdlərə çatmaq üçün daha çox can atmağa başladıq, döyüş yoldaşlarımız ilə əl-ələ verib irəlilədik.

Artıq oktyabrın 3-dən başlayaraq Tərtərin Suqovuşan ətrafında olan yüksəklikləri azad etdik. Biz uğur əldə etdikcə düşmənin necə qaçdığını görürdük, onlar hərbi texnika, silah-sursat və hətta yaralılarını belə atıb qaçırdılar. Suqovuşan ətrafındakı yüksəkliklər düşmən tapdağından azad olunduqdan sonra biz artıq Ağdərəni rahat şəkildə görürdük”.

A.Mütəllimov qeyd edib ki, o, öz hərbçi yoldaşları ilə Füzulinin bir neçə kəndinin də işğaldan azad olnuması uğrunda gedən döyüşlərdə iştirak edib:

“Füzuliyə gələndə ora hələ tam azad olunmamışdı. İlk tapşırğımız Dədəli kəndini azad etmək idi. Belə ki, ora strateji əhəməiyyətli yer sayılırdı. Dədəli kəndi azad olundu və bundan sonra bütün o ərazi də ordumuzun tam nəzarəti altına keçdi. Buradan da istiqamətimiz ancaq irəli idi. 44 günlük müharibənin yekununda Şuşanın Topxana meşəsinə çatdıq və orada da uğurlu əməliyyatlar aparıldı. Bu zaman ərzində 10-a yaxın kəndin və qəsəbənin azadlığı uğrunda döyüşmüşük. Qələbə günü cənab Prezidentin çıxışına qulaq asaraq bayramımızı qeyd edirdik. Çox xoşbəxt insanam ki, 19 yaşımda Allah mənə bu şərəfli yolu qismət elədi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti