...

Amma kim bilir, bəlkə nə vaxtsa Əli o məscidi tikib mənə orada yasin oxutdurar…Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."

Cəmiyyət Materials 26 Dekabr 2020 01:25 (UTC +04:00)
Amma kim bilir, bəlkə nə vaxtsa Əli o məscidi tikib mənə orada yasin oxutdurar…Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."

BAKI, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Tural Qasımova həsr edilmişdir...

Azan səsi gəldi. Dünyanın ən gözəl səslərindən biri... Turalı gördüm, o mənə tərəf gəlirdi.

- Salam, Tural.

- Salam.

- Azan səsi eşitdim...

- Bəli o mənim xəyallarımdakı məsciddən gəlirdi.

- Bir az danışarsan?

- Olar. Mən, Qasımov Tural Qarabağ müharibəsində döyüşmüşəm (gülümsəyir).

- Onu bilirəm, amma müharibədən gabaq işlədiyin peşə nə olub?

- Ustalıq, deyəsən şəhərdə elə yer olmayıb ki, mənim əlim dəyməsin (gülür). Elə kəndimizdə də həmçinin.

- Deməli sənin qızıl əllərin var.

- Hə, yəqin (gülümsəyir).

- Tural müharibədən danışaq bir az. Qorxulu idi?

- Mən Allahdan başqa heç nədən qorxmuram. Müharibənin ilk günləri idi... Oktyabrın əvvəllərində biz Ağdərə istigamətində döyüşürdük. Mən ayın ikisi evə zənq elədim, anamla, atamla danışdım. Sonra yoldaşımla danışdım, dedim ki, oğlum Əliyə yaxşı baxsın, o zaman Əli dörd aylıq idi. Təzə anadan olmuşdu. Dedim ki, ayın üçü və ya dördü yenə əlaqə saxlayaram, narahat olmasınlar. Biz dağa galxırdıq döyüşə. Çətin döyüş oldu, amma ermənləri gaçırda bildik. Bəzi dostlarım yaralandı, çalışdım onları çıxardım. Sonra isə atəş səsləri dayandı, mən və bir neçə dostum irəliyə getdik. Elə bildik ki artıq ermənlər gaçıb...

- Amma onlar?

- Gizlənmişdilər! Yaralandıq, sonra da bilirsiniz hər şey gəldi gözümün gabağına. Azan səsi, Qarabağın azad olunması... Sanki dünya ovcumun içində yerləşdi.

- Tural, sənin qəhrəmanlığından sənin dostların danışır.

- Utandırmayın (gülümsəyir). Amma istəyərdim ki, Əli atası haqqında hər şeyi bilsin, böyüyəndə fəxr etsin. Bilirəm ki, yoldaşım Elmira ona gözəl analıq edəcək.

- Mən buna əminəm, Tural. Elə də olacaq.

- Bilirəm ki, Allahın yanına vaxtından tez heç kim gedə bilməz, amma mənim eləmədiyim şeylər galdı...

- Danışa bilərsən? Bu musahibəni oxuyanlar çoxdur...

- Bəli. Birincisi sözümün üstündə dayana bilmədim. Axırıncı dəfə evə zənq edərkən dedim ki, nə olsa da mütləq oktyabrın on biri Elmiranın ad gününə yenidən zənq edəcəyəm... Alınmadı... Bir də biz Göranboy rayonunun Düzqışlaq kəndində yaşayırıq, mən həmişə demişəm ki, orada bir məscid tikəcəyəm. O da alınmadı... Amma kim bilir, bəlkə nə vaxtsa Əli o məscidi tikib mənə orada yasin oxutdurar...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti