...

Azərbaycanın su mənbələri ilə bağlı yeni Dövlət Proqramı layihəsi hazırlanıb

Cəmiyyət Materials 7 Yanvar 2021 14:44 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Geologiya və Geofizika İnstitutu “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarının səmərəli idarə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı"nın layihəsini hazırlayıblar.

Trend-in məlumatına görə, bunu AMEA-nın müxbir üzvü, GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətin hesabatını təqdim edərkən deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, təbii ehtiyatlarını qiymətləndirmək, müasir texnologiyadan istifadə etmək məqsədilə hesabat ilində 3 elmi-tədqiqat işinin proqramı təsdiq edilib.

Məruzəçi bildirib ki, “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” elmi-tədqiqat işi başa çatıb. Atlasda Azərbaycan ərazisində, Xəzər dənizi akvatoriyasının Azərbaycan sektorunda aparılmış geotermal tədqiqatların nəticələri əksini tapıb. Hazırda quruda və dəniz akvatoriyasında yerləşən neftli-qazlı rayonlarda 130-dan çox lokal struktur geotermik tədqiqatlarla əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti