...

Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB

Cəmiyyət Materials 9 Fevral 2021 13:23 (UTC +04:00)
Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB

Bakı. İlhamə İsabalayeva – Trend:

Biz dünyadan təcrid edilməmişik, ona görə COVİD-19-un yeni ştammının Azərbaycanda da olma ehtimalı var, amma qaydalara əməl etməklə, vaksinasiyaya daha ciddi yanaşmaqla virusun yayılmasının qarşını ala bilərik.

Bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı insanlara vurulan vaksinin ikinci dozasından sonra orqanizmdə 60-90 faiz qoruyuculuğun yaranacağı gözlənilir:

“Lakin insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmamılıdırlar. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Biz hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 1-2 il olsun. Qrip əleyhinə vaksində qoruyuculuq müddəti 1 il hesab edilir. COVİD-19-a qarşı vaksinin də müddəti bu qədər olsa, uğurlu sayı bilər. Çünki bu halda yoluxma zənciri qırılacaq və yoluxma az əhali qrupunu əhatə etməyə başlayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti