...

"Türk hava yolları" Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

Cəmiyyət Materials 12 Fevral 2021 18:07 (UTC +04:00)
"Türk hava yolları" Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

"Türk hava yolları" aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:

"Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq".

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti