...

Tərtərdə bu günə kimi 540 nəfər peyvənd olunub

Cəmiyyət Materials 16 Fevral 2021 15:46 (UTC +04:00)
Tərtərdə bu günə kimi 540 nəfər peyvənd olunub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Tərtər rayonunda vaksinasiya başlanılan vaxtdan bu günə kimi 540 nəfərə peyvənd vurulub.

Bu barədə Trend-ə Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, peyvənd olunanlardan 351 nəfəri tibb işçisidir:

"Bildiyimiz kimi, ölkədə vaksinasiya prosesinə start veriləndə öncə tibb işçiləri peyvəndləndilər. Biz də bu sahənin işçiləri olduğumuz üçün ilk peyvənd bizə vuruldu, növbəti mərhələdə isə 65 yaşdan yuxarı şəxslər vaksinasiya ediləcək. Sakinlərin peyvəndlənməsi ilə bağlı ilk günlərdə nisbətən zəiflik müşahidə edilsə də, sonralar canlanma baş verdi. Bu gün səhərdən artıq 63 nəfər peyvəndlənib və hər şey qaydasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti