...

Təhsil naziri sosial şəbəkədə sorğu keçirir

Cəmiyyət Materials 15 Mart 2021 17:19 (UTC +04:00)
Təhsil naziri sosial şəbəkədə sorğu keçirir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir. Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir bildirib ki, sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir:

"Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti